Ev Hərbi Xəbərlərİranlı general: Gələcəyin savaşını texnologiya müəyyən edəcək

İranlı general: Gələcəyin savaşını texnologiya müəyyən edəcək

by Baş Redaktor
17 Baxış

İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Sərdar İbn ər-Rza gələcək müharibələrdə həlledici üstünlüyün informasiya texnologiyaları, kosmik imkanlar və müdafiə iqtisadiyyatı sahəsində əldə olunacağını bildirib.

Army.az xəbər verir ki, bu barədə İRIB məlumat yayıb.

Xəbərə görə, o, bu fikirləri müdafiə sənayesi sahəsində çalışan alimlərlə keçirilən görüşdə səsləndirib.

Nazirin sözlərinə görə, müdafiə sənayesi minimum resurs sərf etməklə maksimum döyüş qabiliyyəti yaratmalı, eyni zamanda döyüş meydanında yaranan tələbatı operativ şəkildə, real vaxt rejimində qarşılamaq imkanına malik olmalıdır.

banner

Əlaqəli Yazılar Xüsusi