Ev Hərbi XəbərlərPutin: “Aİ-nin Rusiya ilə iqtisadi əlaqələri kəsməsi Avropanın sənaye gücünü zəiflədir”

Putin: “Aİ-nin Rusiya ilə iqtisadi əlaqələri kəsməsi Avropanın sənaye gücünü zəiflədir”

by Baş Redaktor
41 Baxış

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının Rusiya ilə iqtisadi əlaqələrini məhdudlaşdırmasının Avropanın sənaye imkanlarına və beynəlxalq bazardakı rəqabət gücünə mənfi təsir göstərdiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya lideri APEC Biznes Şurasının tədbirində çıxışı zamanı danışıb.

Putinin sözlərinə görə, uzun illər ərzində Rusiyadan tədarük edilən münasib qiymətli enerji resursları Avropa İttifaqının iqtisadi inkişafında mühüm rol oynayıb.

O qeyd edib ki, hazırda Avropa sənayesi əvvəlki potensialını və rəqabət üstünlüklərini itirməklə üzləşir. Rusiya prezidentinin fikrincə, regionda büdcə kəsirləri genişlənir, dövlət borcu və inflyasiya göstəriciləri yüksəlir. Putin vurğulayıb ki, yaranmış iqtisadi çətinliklər həm biznes sektorunun, həm də əhalinin üzərinə əlavə maliyyə yükü qoyur və nəticədə avropalıların həyat səviyyəsinə mənfi təsir göstərir.

banner

Əlaqəli Yazılar Xüsusi