Ev Hərbi XəbərlərUkraynaya 70 milyon avroluq dəstək: Dörd tərəfdaş minatəmizləməyə vəsait ayırdı

Ukraynaya 70 milyon avroluq dəstək: Dörd tərəfdaş minatəmizləməyə vəsait ayırdı

by Baş Redaktor
48 Baxış

Niderland, Norveç, Finlandiya və Avropa İttifaqı Ukrayna ərazilərinin minalardan təmizlənməsi istiqamətində həyata keçirilən işlərə ümumilikdə 70 milyon avro maliyyə dəstəyi göstərəcək.

Army.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski Brüsseldə təşkil olunan UMAC 2026 beynəlxalq minatəmizləmə konfransının nəticələrini şərh edərkən məlumat verib.

Hökumət başçısı qeyd edib ki, ayrılan vəsait müharibədən zərər çəkmiş ərazilərin təhlükəsiz vəziyyətə qaytarılmasına, kənd təsərrüfatının bərpasına, biznes fəaliyyətinin yenidən canlanmasına və yerli icmaların normal həyata qayıtmasına töhfə verəcək.

Koretskinin bildirdiyinə görə, Ukrayna 2023-2025-ci illər ərzində 40 min kvadratkilometrdən artıq ərazidə mina təhlükəsinin qiymətləndirilməsi və təmizlənməsi istiqamətində işlər apararaq həmin torpaqları yenidən istifadəyə qaytarıb. 2026-cı ildə isə bu göstərici əlavə olaraq 5 min kvadratkilometri ötüb.

banner

Baş nazir ölkənin minatəmizləmə sahəsində uzunmüddətli fəaliyyət planına da diqqət çəkib. Onun sözlərinə görə, Ukrayna 2033-cü ilədək nəzərdə tutulan Milli Minatəmizləmə Strategiyasını həyata keçirir. Bununla yanaşı, Aİ-nin “Ukraine Facility” maliyyə mexanizmi çərçivəsində kənd təsərrüfatı torpaqlarının mina və partlamamış sursatlardan təmizlənməsi proqramı icra olunur.

Koretski beynəlxalq tərəfdaşlara müraciət edərək maliyyə dəstəyinin Ukrayna hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, yerli şirkətlərin və texnologiyaların prosesə daha geniş cəlb edilməsini, həmçinin minatəmizləmə işlərinin yaşayış evlərinin, yolların və sənaye obyektlərinin bərpası ilə paralel aparılmasını təklif edib.

Əlaqəli Yazılar Xüsusi