Ev Hərbi XəbərlərQırmızı dəniz bölgəsində gərginlik: gəmi hədəf alındı

Qırmızı dəniz bölgəsində gərginlik: gəmi hədəf alındı

by Baş Redaktor
26 Baxış

Yəmən sahillərində ticarət gəmisinə hücumla bağlı insident qeydə alınıb.

Army.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə, hadisə Yəmənin Bəlhaf şəhərindən təxminən 88 dəniz mili cənub-qərbdə baş verib. Gəmiyə yaxınlaşan kiçik qayıqda altı silahlı şəxs olub.

Hücum edənlərlə ticarət gəmisinin silahlı mühafizə heyəti arasında atışma yaşanıb. Qarşılıqlı atəşdən sonra hücumçular geri çəkilərək ərazini tərk ediblər.

banner

Əlaqəli Yazılar Xüsusi