Ev DünyaSaakaşvili: Putin ağır vəziyyətdədir

Saakaşvili: Putin ağır vəziyyətdədir

by Baş Redaktor
46 Baxış

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Rusiyanın ciddi strateji çətinliklərlə üzləşdiyini iddia edib.

Army.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna ilin əvvəlindən etibarən işğalçı qüvvələrdən təxminən 700 kvadrat kilometr ərazini azad edib və Rusiya prezidenti Vladimir Putin mürəkkəb vəziyyətdədir:

“Moskva gizli diplomatik kanallar vasitəsilə Ukrayna tərəfi ilə təmaslara cəhd edir”.

banner

O bildirib ki, Avropa ölkələri də Ukraynaya dəstəyi artırır, Macarıstanda sabiq baş nazir Viktor Orbanın mövqeyinin zəifləməsindən sonra maliyyə yardımının genişləndirilməsi üçün imkanlar açılıb:

“NATO müdafiə xərclərinə təxminən 70 milyard dollar ayırır və ABŞ regionda Rusiyaya qarşı daha sərt siyasət yürütməyə başlayıb. Bu proses Ronald Reyqan dövründən bəri görünməyib”.

Sabiq prezident həmçinin Gürcüstanın hakimiyyətini tənqid edərək, Bidzina İvanişvilinin Moskva ilə loyal münasibətlərini davam etdirdiyi halda ABŞ ilə münasibətlərdə gərginlik yarana biləcəyini bildirib.

Əlaqəli Yazılar Xüsusi