Ev Hərbi Xəbərlər“İrana bombadan çox pul lazımdır” – Ağ Ev

“İrana bombadan çox pul lazımdır” – Ağ Ev

by Baş Redaktor
10 Baxış

ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiqlərin Tehrana mümkün genişmiqyaslı hərbi əməliyyatlardan daha ağır təsir göstərə biləcəyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, ABŞ kəşfiyyatının qiymətləndirmələri və açıq mənbələrdən əldə olunan məlumatlar İranda iqtisadi vəziyyətin daha da ağırlaşdığını göstərir. Bildirilir ki, dünyanın aparıcı neft istehsalçılarından biri olmasına baxmayaraq, ölkədə benzin çatışmazlığı yaranıb.

Ağ Ev rəsmisinin sözlərinə görə, İran üçün hazırda əsas problem maliyyə çatışmazlığıdır:

banner

“İranlılar bombardmanların dayanmasını istəyirlər, lakin hər şeydən əvvəl onlara pul lazımdır. Hazırkı vəziyyətdə əsas problem məhz maliyyə çatışmazlığıdır”.

Əlaqəli Yazılar Xüsusi