Ev Hərbi Xəbərlərİranın raket arsenalı ABŞ-ı çətin vəziyyətə saldı – WSJ

İranın raket arsenalı ABŞ-ı çətin vəziyyətə saldı – WSJ

by Baş Redaktor
15 Baxış

ABŞ-ın Yaxın Şərqdə yerləşdirdiyi təxminən 50 min hərbçinin İranın genişmiqyaslı raket və PUA arsenalından tam qorunması ciddi problem olaraq qalır.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

Nəşrin məlumatına görə, İranın böyük ballistik raket və pilotsuz uçuş aparatı ehtiyatına malik olması ABŞ-ın bölgədəki hərbi qüvvələrinin müdafiəsini çətinləşdirir.

Məqalədə ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin üç raketi zərərsizləşdirə bilməməsinin regiondakı hərbi kontingentin qorunmasının nə qədər mürəkkəb olduğunu göstərdiyi qeyd edilir.

banner

WSJ vurğulayır ki, İranın raket imkanları fonunda Yaxın Şərqdəki ABŞ hərbçilərinin təhlükəsizliyinin təmin olunması Vaşinqton qarşısında ciddi çağırış olaraq qalır.

Əlaqəli Yazılar Xüsusi