Qətər, Misir, Pakistan və bir sıra digər regional ölkələr ABŞ və İrana 10 günlük atəşkəs elan edilməsi ilə bağlı təklif təqdim edib.
Army.az xəbər verir ki, “Axios” portalı bu barədə məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası vasitəçilərin təşəbbüsünü nəzərdən keçirir. Vaşinqton, eyni zamanda, İsraili diplomatik danışıqlar üçün yaranmış imkanları təhlükə altına sala biləcək addımlardan çəkinməyə çağırıb.
Bununla yanaşı, ABŞ administrasiyasının İranla danışıqların nəticəsiz qalacağı ehtimalına qarşı alternativ ssenarilər üzərində də çalışdığı bildirilir.
Təklifə yalnız atəşkəsin tətbiqi deyil, həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpası və tərəflər arasında əldə olunması gözlənilən anlaşma memorandumunun qorunması da daxildir.
“Axios”un məlumatına görə, hazırda nə Vaşinqton, nə də Tehran vasitəçilərin təklifinə razılıq verib.
