Ev Hərbi XəbərlərRusiya regionu “ön cəbhə” elan olundu – şok iddia

Rusiya regionu “ön cəbhə” elan olundu – şok iddia

by Baş Redaktor
52 Baxış

“Leninqrad vilayəti faktiki olaraq ön cəbhəyə yaxın zona kimi qiymətləndirilir”.

Army.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Yuri Knutov deyib.

Onun sözlərinə görə, bu vəziyyət NATO ölkələrindən gələn potensial təhlükələrlə bağlıdır.

Knutov qeyd edib ki, region Finlandiya, Latviya və Estoniya ilə sərhədlərə yaxın yerləşdiyindən, Ukrayna ərazisindən buraxılan pilotsuz uçuş aparatları məhz bu istiqamətlərdən keçərək Rusiyanın enerji infrastrukturu, neft emalı obyektləri, limanlar və gəmilərə zərbələr endirir.

banner

Onun fikrincə, NATO ölkələri Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşır. Bu isə sərhədlərin möhkəmləndirilməsi və silahlı qüvvələrin sayının artırılması ilə özünü göstərir.

Ekspert əlavə edib ki, hazırkı resurslar bütün strateji obyektləri dron hücumlarından qorumaq üçün yetərli deyil. Bu səbəbdən ehtiyat qüvvələrin cəlb edilməsi ilə bağlı qərar qəbul olunub.

Əlaqəli Yazılar Xüsusi