Ev DünyaMoskva-Vaşinqton xəttində gərginlik: Fikir ayrılıqları qalır

Moskva-Vaşinqton xəttində gərginlik: Fikir ayrılıqları qalır

by Baş Redaktor
72 Baxış

“Moskva ilə Vaşinqton arasında, xüsusilə Donald Tramp administrasiyası ilə münasibətlərdə bir sıra ciddi fikir ayrılıqları qalmaqdadır”.

Army.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov  deyib.

Lavrov qeyd edib ki, Co Bayden dövründən tətbiq edilən sanksiyalar hələ də qüvvədə qalır, diplomatik mülklər geri qaytarılmayıb və rus şirkətləri yeni məhdudiyyətlərlə üzləşməkdə davam edir.

Bununla belə, nazir vurğulayıb ki, artıq ABŞ-ın Rusiya ilə gələcək iqtisadi əlaqələri necə qurmağı planlaşdırdığını müzakirə etməyin vaxtı yetişib.

banner

Onun sözlərinə görə, Vaşinqton tərəfi Ukraynadakı münaqişə başa çatdıqdan sonra mümkün olacaq “qarşılıqlı faydalı və geniş əməkdaşlıq imkanları”ndan tez-tez bəhs edir.

Əlaqəli Yazılar Xüsusi