Ev DünyaRusiya XİN: Vaşinqtonun hədəfi enerji resurslarıdır

Rusiya XİN: Vaşinqtonun hədəfi enerji resurslarıdır

by Baş Redaktor
31 Baxış

“ABŞ administrasiyası İranla bağlı neft resurslarına nəzarət etmək məqsədilə Venesuela ilə bağlı həyata keçirilən ssenariyə bənzər addımlar planlaşdırıb”.

Army.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, ABŞ əvvəlcə Venesuela Prezidenti Nicolas Maduronu “narkotik kartelinin rəhbəri” kimi təqdim edib, lakin sonradan bu mövzudan demək olar ki, imtina olunub və diqqət neft məsələsinə yönəlib.

“İndi deyirlər ki, narkotiklər Meksikadan gəlir və bu barədə müəyyən razılaşma əldə olunub. Maduroya gəlincə isə, o, kənarlaşdırılıb və neft faktiki olaraq nəzarətimizə keçib” – deyə Lavrov iddia edib.

banner

Nazir əlavə edib ki, eyni yanaşma İranla bağlı da nəzərdən keçirilib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dəfələrlə ABŞ-ın İran neftinə nəzarət etməyə və ya onun idarə olunmasını birgə həyata keçirməyə hazır olduğunu bildirib.

Əlaqəli Yazılar Xüsusi