27
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketinin hazırlanması üzərində işləyir.
Army.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, Aİ liderləri artıq 21-ci sanksiya paketinin hazırlanması prosesini aktiv şəkildə davam etdirirlər.
Kallas qeyd edib ki, bəzi əvvəlki məhdudiyyətlər və “qırmızı xətlər” yenidən nəzərdən keçirilir və yeni sanksiya paketinə daxil edilə bilər.
