İranın kənd təsərrüfatı naziri Qulamrza Nuri ölkədə son iki ilin ciddi hadisələr və gərginliklərlə keçdiyini bildirib.
Army.az xəbər verir ki, b u barədə İran mediası məlumat yayıb.
Nazirin sözlərinə görə, hazırda dəniz blokadasının mövcudluğuna baxmayaraq, müharibə intensiv şəkildə davam edir və bu vəziyyət ölkənin iqtisadi xərclərinə təsirsiz ötüşmür:
“İran ərzaq təhlükəsizliyi və əsas malların ehtiyatlarının təmin olunması baxımından ciddi problemlə üzləşmir. Baş verən proseslər həm xərclərə, həm də malların maya dəyərinə təsir göstərib”.
