Ev DünyaRubio Hörmüz boğazından danışdı – Ödəniş ediləcək?

Rubio Hörmüz boğazından danışdı – Ödəniş ediləcək?

by Baş Redaktor
20 Baxış

ABŞ-dan Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama gəlib. Dövlət katibi Marko Rubio beynəlxalq su yollarının heç bir dövlətin mülkiyyətində olmadığını vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Rubio bildirib ki, Hörmüz boğazı beynəlxalq sulara aiddir və bu prinsip müasir dünya nizamının əsaslarından biridir:

“Əks halda qlobal ticarət və dəniz hərəkəti ciddi xaosla üzləşə bilər. Əgər ölkələr öz sahillərinə yaxın su yollarından keçid üçün ödəniş tələb etməyə başlasalar, bu praktika qısa zamanda digər regionlara da yayıla bilər. İstənilən ad altında – rüsum və ya keçid haqqı kimi – belə bir yanaşma mahiyyət etibarilə qəbulolunmazdır və qlobal sabitlik üçün risk yaradır”.

banner

Əlaqəli Yazılar Xüsusi