Rusiyanın Belqorod vilayətində yerləşən Valuyski rayonunun Koloskovo kəndi raket atəşinə məruz qalıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bölgənin qubernatoru Aleksandr Şuvayevin açıqlamasına görə, hücum nəticəsində 6 mülki şəxs həyatını itirib, daha 4 nəfər isə yaralanıb.
Rusiya rəsmisi zərbənin ərazidə dağıntılara da səbəb olduğunu bildirib. Onun sözlərinə görə, hadisə zamanı bir avtomobilə ziyan dəyib, həmçinin binalardan birində yanğın baş verib.
