İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Əmir Həyat-Müqəddəm ABŞ-ın son aylarda Hörmüz boğazına yaxınlaşa bilmədiyini iddia edib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O bildirib ki, İran öz təhlükəsizliyinin və milli maraqlarının qorunması məsələsində güzəştə getmək niyyətində deyil:
“Tehran ölkənin ətrafındakı strateji ərazilərlə bağlı qərarların hər hansı xarici güc tərəfindən qəbul edilməsinə imkan verməyəcək. İran İslam Respublikası milli təhlükəsizliyini və maraqlarını qorumaqda qətidir”.
