Ev Hərbi Xəbərlərİrandan ABŞ-a sərt ultimatum: “Ya tələblərimizi qəbul edin, ya da təslim olun”

İrandan ABŞ-a sərt ultimatum: “Ya tələblərimizi qəbul edin, ya da təslim olun”

by Baş Redaktor
77 Baxış

İran ABŞ-la mümkün qarşıdurmanın nəticəsi barədə sərt bəyanatla çıxış edib. Tehran Vaşinqtonun qarşısında iki seçim olduğunu bildirərək öz tələblərinin qəbul edilməsini tələb edib.

Army.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlayenik danışıb.

O, İranın hərbi potensialının strateji istehsal imkanları və müasir texnologiyalar hesabına gücləndirildiyini vurğulayıb. Təlayenik ABŞ Prezidenti Donald Trampın və müdafiə naziri Pit Heqsetin açıqladığı statistik göstəricilərin İranın real müdafiə imkanlarını əks etdirmədiyini iddia edib.

İran rəsmisi ölkəsinin müdafiə qabiliyyətinin daha da möhkəmləndiyini bildirərək müharibənin mümkün nəticəsi ilə bağlı iddialı mövqe sərgiləyib:

banner

“ABŞ ya İranın haqlı tələblərini qəbul edəcək, ya da döyüş meydanında təslim olacaq”.

Əlaqəli Yazılar Xüsusi