Ev DünyaKim Çen Inın 13 yaşlı qızı hakimiyyətə hazırlaşır – KİV

Kim Çen Inın 13 yaşlı qızı hakimiyyətə hazırlaşır – KİV

by Baş Redaktor
57 Baxış

Şimali Koreya lideri Kim Çen Inın hakimiyyəti gələcəkdə qızı Kim Çju E-yə ötürə biləcəyi ehtimalı gündəmə gəlib. Təxminən 13 yaşında olduğu bildirilən qızın atasının potensial varisi kimi nəzərdən keçirildiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə noyabrın 10-da “Associated Press” (AP) agentliyi Şimali Koreyanı tərk etmiş şəxslər və ekspertlərlə söhbətlərinə əsasən məlumat yayıb.

Agentliyin müsahiblərindən Kim Yu Mi adlı qadın Şimali Koreyada bəzi insanların artıq Çju E-ni gələcək ölkə rəhbəri kimi gördüyünü bildirib.

Sorğuda iştirak edən keçmiş Şimali Koreya sakinlərinin əksəriyyəti də qızın atasından sonra hakimiyyətə gələcək ən real namizəd olduğunu düşünür. Onlar bu ehtimalı onun son dövrlərdə dövlət tədbirlərində və ictimaiyyət qarşısında daha çox görünməsi ilə əlaqələndirirlər.

banner

AP-nin materialında Çju E-nin xarici görünüşü və geyim tərzinə də diqqət çəkilib. Bildirilir ki, o, çiyinlərindən aşağı uzanan saçları, hündürdaban ayaqqabıları və yetkin qadınlara xas geyim seçimi ilə fərqlənir. Halbuki Şimali Koreyada sıravi yeniyetmələr üçün bu cür görünüş və geyim tərzinə məhdudiyyətlər tətbiq olunur.

Əlaqəli Yazılar Xüsusi