ABŞ Prezidenti Donald Tramp İranın hazırkı vəziyyətini sərt ifadələrlə qiymətləndirərək ölkəni “rəsmi olaraq iflas etmiş , ölmüş dövlət” adlandırıb.
Army.az xəbər verir ki, Trampın sözlərinə görə, İranın nə güclü hərbi dəniz və hava qüvvələri, nə də sabit valyutası qalıb.
O, Tehranın hərbçilərə və polis əməkdaşlarına maaş verməkdə belə çətinlik çəkdiyini iddia edib.
ABŞ lideri həmçinin İranda inflyasiyanın 300 faizə çatdığını və ölkə rəhbərliyinin ciddi xaos içində olduğunu bildirib. Tramp İran hakimiyyətinin ölkəni lazımi şəkildə təmsil etmək imkanında olmadığını da söyləyib.
Tramp əlavə edib ki, İranın əlində qalan əsas vasitələrdən biri ABŞ-dən yayılan “saxta xəbərlər”, etirazçıların öldürülməsi və “cəfəngiyyat danışmaq” bacarığıdır.
