Ev Hərbi Xəbərlər“Dayaq məntəqələrini toz etdik” – Rusiya ordusu

“Dayaq məntəqələrini toz etdik” – Rusiya ordusu

by Baş Redaktor
63 Baxış

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin (USQ) mövqelərinə zərbələr endirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, “Şərq” qoşun qruplaşmasının məsuliyyət zonasında yerləşən Ukrayna mövqeləri artilleriya atəşinə tutulub. Əməliyyat zamanı “Msta-B” haubitsalarından istifadə edilib.

Rusiya Müdafiə Nazirliyi hücumu şərh edərkən Ukrayna ordusunun dayaq məntəqələrinin darmadağın edildiyini bildirib. Zərbələrin Zaporojye vilayətində həyata keçirildiyi qeyd olunub.

banner

Xatırladaq ki, bundan əvvəl Rusiyada Krım körpüsünə endirilən zərbələrdən sonra Ukraynanın bütün rəhbərliyinin məhv edilməsi ehtimalı ilə bağlı fikirlər səsləndirilmişdi.

Əlaqəli Yazılar Xüsusi