Ev Hərbi XəbərlərZelenskidən Pekinə çağırış: “Çin artıq susmamalıdır”

Zelenskidən Pekinə çağırış: “Çin artıq susmamalıdır”

by Baş Redaktor
8 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Çini Rusiyanın nüvə ritorikasına münasibət bildirməyə və Moskvanın təhdidlərinin qarşısını almağa çağırıb.

Army.az xəbər verir ki, Zelenski bildirib ki, Pekin belə məsələlərdə mövqeyini açıq şəkildə ortaya qoymalı və Rusiyanın nüvə silahından istifadə ilə bağlı ritorikasına qarşı reaksiya verməlidir.

Ukrayna liderinin sözlərinə görə, Çin yalnız iqtisadi və texnoloji gücü ilə deyil, qlobal məsuliyyət daşıyan dövlət kimi də öz rolunu göstərməlidir.

Zelenski hesab edir ki, dünyanın aparıcı ölkələri heç bir diktatorun nüvə silahından istifadə hədəsi ilə beynəlxalq ictimaiyyəti təzyiq altında saxlamasına imkan verməməlidir.

banner

O, Pekinin Rusiyaya təsir imkanlarından istifadə etməli və Moskvanın nüvə təhdidlərinin yolverilməz olduğunu açıq şəkildə nümayiş etdirməli olduğunu vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi