Ev Hərbi XəbərlərTrampdan İrana mesaj: “Şəhərlərimizi qoruyacağıq”

Trampdan İrana mesaj: “Şəhərlərimizi qoruyacağıq”

by Baş Redaktor
69 Baxış

ABŞ Prezidenti Donald Tramp Los-Anceles və San-Dieqo şəhərlərinin mümkün raket hücumlarından qorunacağını və onların dağıdılmasına yol verməyəcəyini bildirib.

Army.az xəbər verir ki, Tramp bu barədə Texas ştatının San-Antonio şəhərində keçirilən seçki kampaniyası tədbirində çıxışı zamanı danışıb.

O, daha əvvəl də məsələ ilə bağlı açıqlama verdiyini xatırladaraq İranın San-Dieqo və ya Los-Ancelesə raket zərbəsi endirməsi ehtimalına toxunub. ABŞ lideri belə bir ssenarinin reallaşmasına imkan verməyəcəklərini, həm şəhərləri, həm də ölkəni qoruyacaqlarını vurğulayıb.

Qeyd edək ki, Tramp daha əvvəl İranla münaqişə fonunda Los-Anceles və San-Dieqonun dağıla biləcəyini istisna etməmişdi. O, belə bir nəticəni müharibənin başa çatması müqabilində “kiçik qiymət” kimi qiymətləndirmiş və münaqişənin onsuz da demək olar ki, sona çatdığını bildirmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi