Ev Hərbi XəbərlərZelenski: Rusiya ərazisində hərbi və neft obyektləri vurulub

Zelenski: Rusiya ərazisində hərbi və neft obyektləri vurulub

by Baş Redaktor
38 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın “Flamingo” tipli raketlərlə Rusiyanın Çeboksarı şəhərində yerləşən hərbi zavoda zərbələr endirdiyini təsdiqləyib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat verib.

Məlumata görə, həmin müəssisə Rusiya ordusunu pilotsuz uçuş aparatları və raketlər üçün komponentlərlə təmin edirdi.

Zelenskinin açıqlamasına əsasən, hücumlar nəticəsində həmçinin Samara vilayətində yerləşən “Kuybışevski” neft emalı zavodu da hədəf alınıb. Bu obyektlərin cəbhə xəttindən məsafəsi 900 kilometrdən çoxdur.

banner

Bundan əlavə, Vladimir vilayətində yerləşən iki neft infrastrukturu obyekti də 700 kilometr məsafədən həyata keçirilən zərbələrlə vurulub.

Əlaqəli Yazılar Xüsusi