ABŞ və İran arasında yenidən alovlanan hərbi qarşıdurma fonunda İordaniya hava məkanına daxil olan dörd İran ballistik raketinin zərərsizləşdirildiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə ölkənin dövlət xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İordaniyanın hava hücumundan müdafiə qüvvələri raketləri vaxtında aşkarlayaraq məhv edib.
Dövlət rəhbərliyinə istinadən bildirilib ki, ölkənin suverenliyini pozmağa və ya hava məkanını narahat etməyə yönələn istənilən cəhdə qətiyyətli şəkildə cavab veriləcək.
