Ev SiyasətHikmət Hacıyev: Azərbaycan tez-tez qarayaxma kampaniyalarının hədəfinə çevrilir

Hikmət Hacıyev: Azərbaycan tez-tez qarayaxma kampaniyalarının hədəfinə çevrilir

by Baş Redaktor
14 Baxış

“Həyata keçirilən islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, media institutlarının potensialının artırılması, etik standartların təşviqi, media savadlılığının inkişafı və medianın sürətlə dəyişən texnoloji mühitə uyğunlaşmasının dəstəklənməsinə xidmət edir”.

Army.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə Azərbaycan öz media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir.

“Bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş genişmiqyaslı dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər. Ölkəmiz tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir.

banner

Biz bu məlumatları yoxlayır, faktlara əsaslanan cavablar təqdim edirik. Lakin bu gün həqiqəti sübut etmək daha çətindir. Çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu yerinə yetirməli olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər”, – o vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi