SEPAH ABŞ-ın İrana hücumlarda Böyük Britaniyanın “Fairford” aviabazasında yerləşən B-1 bombardmançı təyyarələrindən istifadə etdiyini iddia edərək Londona xəbərdarlıq edib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
SEPAH bildirib ki, İran ərazisinə hücumlar üçün istifadə olunan istənilən hərbi baza “qanuni hədəf” hesab ediləcək.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı hücumlarında Böyük Britaniyanın hərbi bazalarından və imkanlarından istifadəsinə icazə verilməsini pisləyib.
Nazirlik bəyan edib ki, bu hücumların həyata keçirilməsinə hər hansı formada yardım göstərilməsi “təcavüz və hərbi cinayətlərdə iştirak” kimi qiymətləndiriləcək.
