“Rusiya və Ukrayna arasında sülh danışıqlarında irəliləyişə nail olmaq üçün Vladimir Putinlə Volodimir Zelenski birbaşa görüşməlidir”.
Army.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
Sibiqanın sözlərinə görə, Ukrayna belə bir görüşün mümkün qədər tez baş tutmasını istəyir və sülhə yaxınlaşmaq üçün bütün imkanlardan istifadə etməyə hazırdır:
“Putinlə Zelenskinin görüşü ABŞ Prezidenti Donald Trampın iştirakı ilə və ya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə keçirilə bilər. Kiyevin belə bir görüşdə müzakirəyə çıxara biləcəyi konkret məsələlər də var.
Aşağı səviyyəli nümayəndə heyətləri arasında danışıqlarda tərəflər tez-tez eyni məsələlərə qayıdırlar. Ən mürəkkəb problemlərlə bağlı yekun qərarları məhz dövlət başçıları qəbul edə bilər.
Əgər söhbət yeni dinamikadan, yeni perspektivdən və müharibənin başa çatması üçün yeni zaman çərçivəsindən gedirsə, hesab edirəm ki, liderlər səviyyəsində görüş keçirilməlidir”.
