ABŞ rəhbərliyi qarşıdakı üç gün ərzində İrana qarşı mümkün hərbi addımların atılması ehtimalını nəzərdən keçirir.
Army.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Bildirilir ki, mümkün əməliyyat ssenarilərinin müzakirə olunması səbəbindən Pentaqon və ABŞ kəşfiyyat qurumlarının bir sıra əməkdaşları mayın 25-də qeyd ediləcək Anım Günü ilə əlaqədar planlaşdırılan uzunmüddətli istirahətdən imtina ediblər.
Telekanalın məlumatına görə, eyni zamanda ABŞ Müdafiə Nazirliyi və kəşfiyyat strukturları Yaxın Şərqdə yerləşən qüvvələrin bir hissəsinin bölgədən çıxarılması fonunda xaricdəki Amerika hərbi bazalarında şəxsi heyət üzrə məlumatları yenidən dəqiqləşdirir.
Mənbələr bildirirlər ki, bu tədbirlər İran tərəfindən mümkün cavab addımlarına qarşı risklərin azaldılması və bölgədəki ABŞ hərbi mövcudluğunun optimallaşdırılması məqsədi daşıyır.
CBS-in qeyd etdiyi kimi, cümə axşamı axşamına olan vəziyyətə görə, İrana qarşı mümkün yeni zərbələrlə bağlı yekun siyasi qərar hələlik qəbul edilməyib.
