Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində yerləşən neft emalı müəssisəsinə dronlarla hücum etdiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, zərbələrdən sonra zavodun ərazisində yanğın qeydə alınıb.
Nijnekamskdakı sənaye kompleksi Rusiyanın yanacaq və enerji sektorunda mühüm strateji obyektlərdən biri hesab olunur.
Müəssisə daha əvvəl də Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb. Obyektə sonuncu belə zərbənin iyulun 8-də endirildiyi bildirilib.
