Ev Hərbi Xəbərlər“Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir” – Rusiya rəsmisi

“Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir” – Rusiya rəsmisi

by Baş Redaktor
8 Baxış

Ukraynanın hazırkı vəziyyəti ilə bağlı Rusiyadan növbəti sərt açıqlama səsləndirilib.

Army.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov Ukraynada “geridönüşü olmayan nöqtənin” artıq keçildiyini və ölkənin ciddi təhlükə ilə qarşı-qarşıya qaldığını iddia edib.

Onun sözlərinə görə, Ukraynada hərbi resursların tükənməsi fonunda Qərb ölkələrində səfərbərlik yaşının aşağı salınması və qadınların hərbi xidmətə cəlb olunması ilə bağlı təkliflər irəli sürülür.

Kobyakov həmçinin ölkədəki demoqrafik vəziyyətə diqqət çəkərək, hər dörd ölümə qarşı yalnız bir doğuşun qeydə alındığını bildirib.

banner

Putinin müşaviri iddia edib ki, Ukraynanın mövcud vəziyyətdən çıxmasına yalnız Rusiyanın köməyi imkan verə bilər.

Əlaqəli Yazılar Xüsusi