Ev Hərbi XəbərlərMoskva-Kiyev təması kəsilməyib: Putin detallarını açıqladı

Moskva-Kiyev təması kəsilməyib: Putin detallarını açıqladı

by Baş Redaktor
28 Baxış

Rusiya ilə Ukrayna arasında təmasların tamamilə dayandırılmadığı, əlaqələrin əsasən xüsusi xidmət orqanları vasitəsilə saxlanıldığı açıqlanıb.

Army.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Moskva ilə Kiyev arasındakı mövcud əlaqələrdən danışıb.

Onun sözlərinə görə, iki ölkənin təhlükəsizlik və kəşfiyyat strukturları arasında təmaslar davam edir. Putin bu kanallar vasitəsilə aparılan əlaqələrin sülh razılaşmasına gətirib çıxarıb-çıxarmayacağını hazırda dəqiq proqnozlaşdırmağın çətin olduğunu bildirib.

Rusiya lideri Ukraynanın yüksək vəzifəli şəxslərinin son açıqlamalarının da bu məsələdə müəyyən qeyri-müəyyənlik yaratdığını qeyd edib.

banner

“Əlaqələr mövcuddur və bu, əsasən təhlükəsizlik xidmətləri vasitəsilə davam edir”, – Putin vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi