Ev DünyaPaşinyan xəritəni göstərdi: “Kərki bu ölkənindir”

Paşinyan xəritəni göstərdi: “Kərki bu ölkənindir”

by Baş Redaktor
29 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Kərki ilə bağlı mövqeyinin yeni olmadığını və məsələni seçkiqabağı dövrdə də gündəmə gətirdiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan qeyd edib ki, onun açıqlamaları “Tiqranaşen” deyil, məhz Kərki ilə bağlı olub. Baş nazir Ermənistanın ümumi ərazisinin 29 743 kvadratkilometr olduğunu bir daha vurğulayıb.

Onun sözlərinə görə, Kərki və digər anklavlar bu ərazi hesablamasına heç vaxt daxil edilməyib. Paşinyan həmin ərazidə ermənilərin yaşamasının da Kərkini Ermənistan Respublikasının ərazisinə çevirmədiyini bildirib.

banner

Baş nazir məsələnin gələcəkdə gərginliyə səbəb olmayacağına ümid etdiyini deyib. O, problemin mümkün olan ən əlverişli variantla həll ediləcəyini və bununla bağlı xaricdə də aydın təsəvvür formalaşacağını qeyd edib.

Əlaqəli Yazılar Xüsusi