Ev Hərbi XəbərlərKütləvi hava hücumu: Moskva yüzlərlə PUA-nı vurdu

Kütləvi hava hücumu: Moskva yüzlərlə PUA-nı vurdu

by Baş Redaktor
23 Baxış

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 239 pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, pilotsuz aparatlar Həştərxan, Belqorod, Bryansk, Kursk, Oryol və Rostov vilayətləri, Krasnodar diyarı, Krım və Adıgey üzərində, həmçinin Azov və Qara dəniz akvatoriyalarında vurulub.

Bundan əvvəl Rusiya tərəfi son sutka ərzində Ukraynanın ümumilikdə 740 pilotsuz uçuş aparatı tətbiq etdiyini bildirmişdi. Nazirliyin məlumatına əsasən, Rusiya qüvvələri həmçinin ABŞ istehsalı olan iki HIMARS raketini və 13 idarəolunan aviasiya bombasını da məhv edib.

banner

Əlaqəli Yazılar Xüsusi