Ev Hərbi Texnologiyaİspaniya donanmasından ilk: Helikopter eyni anda iki PUA-nı havada idarə etdi

İspaniya donanmasından ilk: Helikopter eyni anda iki PUA-nı havada idarə etdi

by Baş Redaktor
32 Baxış

İspaniya Hərbi Dəniz Qüvvələri açıq dəniz şəraitində həyata keçirilən sınaq zamanı helikopter vasitəsilə iki müxtəlif istehsalçıya aid pilotsuz uçuş aparatını eyni vaxtda idarə etməyə nail olub.

Army.az xəbər verir ki, əməliyyat çərçivəsində əsas məqsəd yüksək sürətlə hərəkət edən katerin izlənməsi və koordinasiyasının yoxlanılması olub.

Rota şəhərində təşkil olunan taktiki uçuş sınaqları zamanı müxtəlif hava platformalarının vahid idarəetmə sistemində işləməsinə imkan verən “Airbus Helicopters” şirkətinin hazırladığı “HTeaming” texnologiyası tətbiq edilib.

Bildirilir ki, bu həll ilk dəfə bu səviyyədə və bu qədər geniş inteqrasiya ilə praktik şəkildə təsdiq olunub.

banner

Ssenariyə əsasən, “Rayo” patrul gəmisi, İspaniya donanmasının H135 helikopteri, “Airbus” şirkətinin “Flexrotor” sabitqanadlı PUA-sı və “Alpha Unmanned Systems” istehsalı A900 dönərqanadlı pilotsuz aparatı vahid əməliyyat məlumat şəbəkəsinə inteqrasiya edilib.

Formalaşdırılan çoxsahəli əlaqə sistemi nəticəsində patrul gəmisi öz radar və müşahidə imkanlarından daha uzaqda yerləşən ərazilər barədə real vaxt rejimində məlumat qəbul edə bilib.

Əlaqəli Yazılar Xüsusi