Ev TexnologiyaF-35 qalmaqalı böyüyür : ABŞ qırıcısının məxfi komponentləri Çinə göndərilib

F-35 qalmaqalı böyüyür : ABŞ qırıcısının məxfi komponentləri Çinə göndərilib

by Baş Redaktor
39 Baxış

ABŞ istehsalı F-35 qırıcılarına aid bəzi həssas komponentlərin səhvən Çinə göndərildiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Lockheed Martin” tərəfindən istehsal olunan və təyyarənin kabin örtüyü ilə silah bölməsinin qapağı da daxil olmaqla bir sıra detallar Avstraliyadan ABŞ-a təmir məqsədilə göndərilib. Lakin yükdaşıma şirkəti “UPS” tərəfindən daşınan bağlama naməlum səbəbdən Honq Konqa çatdırılıb.

Məlumata görə, sözügedən komponentlər F-35-in məxfi stels texnologiyaları ilə bağlı elementlərə malikdir. Onların Çində qalması ABŞ-ın hərbi texnologiyalarının öyrənilməsi ilə bağlı narahatlıqları artırıb.

banner

ABŞ Müdafiə Nazirliyinin yükün geri qaytarılması istiqamətində tədbirlər gördüyü və çatdırılma zamanı baş verən səhvin səbəblərini araşdırdığı bildirilir.

Hadisə Vaşinqtonda hərbi texnologiyaların mümkün sızması ilə bağlı narahatlıqları daha da artırıb. Xüsusilə F-35 qırıcılarının Səudiyyə Ərəbistanına mümkün satışı fonunda təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğu qeyd olunur.

Əlaqəli Yazılar Xüsusi