34
“Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İsraillə birlikdə İrana qarşı mümkün münaqişəyə qoşularsa, ciddi nəticələrlə üzləşə bilər”.
Army.az xəbər verir ki, bunu amerikalı politoloq Con Merşeimer deyib.
Politoloq qeyd edib ki, İranla müqayisədə BƏƏ-nin hərbi imkanları məhduddur və genişmiqyaslı qarşıdurma zamanı əsas hədəflərdən biri ölkənin enerji infrastrukturu ola bilər:
“Belə bir ssenari BƏƏ üçün ağır iqtisadi və təhlükəsizlik nəticələri yarada bilər”.
