ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə danışıqları bərpa etmək üçün Moskvaya getməyə çağırması Vaşinqtonun Ukrayna münaqişəsinə yanaşmasında dəyişiklik kimi qiymətləndirilib.
Army.az xəbər verir ki, bunu türkiyəli xarici siyasət eksperti İnanc Sancak deyib.
O, bu çağırışın ABŞ-ın mövqeyində yeni yanaşmanın göstəricisi olduğunu bildirib:
“Zelenskinin mümkün Moskva səfərinin müzakirəyə çıxarılması danışıqların keçiriləcəyi məkan baxımından da mühüm siyasi məna daşıyır. Əvvəlki dövrdə Ukrayna və Qərb tərəfi görüşlərin neytral ərazidə keçirilməsini müdafiə edirdi”.
Sancak Trampın bu təklifini ABŞ-ın mövcud reallıqları nəzərə almağa başlaması kimi şərh edib və bunun Rusiya–Ukrayna münaqişəsinin həlli üzrə diplomatik yanaşmada dəyişiklikdən xəbər verdiyini bildirib.
Qeyd edək ki, Trampın Zelenskinin Moskva səfərinə dair təklif etdiyi barədə məlumat Bloomberg tərəfindən də yayımlanıb. Bununla yanaşı, Ukrayna Prezidentinin ofisi belə bir təklifin səsləndirildiyini təkzib edib
