Rusiyanın Oryol vilayətində PUA hücumu nəticəsində uşaq bağçası və 4 bina zərər görüb.
Army.az xəbər verir ki, bunu Oryol vilayətinin qubernatoru Andrey Klıçkov bildirib.
Onun sözlərinə görə, gecə saatlarında vilayət üzərində üç PUA məhv edilib. Onlardan birinin qalıqları Oryol şəhərinin Zavodsk rayonuna düşüb və nəticədə dörd çoxmərtəbəli binanın mənzillərinin, eləcə də uşaq bağçasının şüşələri sınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda mütəxəssislər dəymiş ziyanın aradan qaldırılması üzərində çalışır və bağçanın bazar ertəsi normal fəaliyyətə başlaması planlaşdırılır.
