“Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin G20-də görüşü mümkün deyil“.
Army.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov qeyd edib ki, Vladimir Putin Volodimir Zelenski ilə yalnız Moskvada görüşməyə hazırdır. O, liderlərin ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşünü “mümkünsüz” adlandırıb.
Qeyd edək ki, Zelenski Putin G20 sammitinə dəvət olunacağı təqdirdə Mayamiyə getməyə və Rusiya lideri ilə görüşməyə hazır olduğunu bildirmişdi.
