Ev DünyaABŞ-dan İran limanlarına sərt nəzarət – onlarla gəmi geri yönləndirildi

ABŞ-dan İran limanlarına sərt nəzarət – onlarla gəmi geri yönləndirildi

by Baş Redaktor
20 Baxış

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ətrafında tətbiq edilən dəniz blokadası çərçivəsində indiyədək 85 ticarət gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb.

Army.az xəbər verir ki, qurumun “X” platformasında yaydığı məlumatda bildirilib ki, ABŞ qüvvələri İran limanlarına qarşı tətbiq olunan blokadanın icrasını davam etdirir.

“ABŞ Silahlı Qüvvələri bu günədək 85 ticarət gəmisinin istiqamətini dəyişdirib”, – deyə açıqlamada vurğulanıb.

Məlumata əsasən, Vaşinqton İranın dəniz yollarına qarşı nəzarət tədbirlərinə aprelin 13-dən start verib.

banner

CENTCOM qeyd edib ki, İran limanlarına doğru hərəkət edən və ya ölkə sahillərini tərk etməyə çalışan bütün gəmilər diqqətlə izlənəcək və onların fəaliyyəti nəzarətdə saxlanılacaq.

Əlaqəli Yazılar Xüsusi