Ev DünyaƏrdoğan Təhlükəsizlik Şurasını topladı – Cənubi Qafqaz əsas gündəmdə

Ərdoğan Təhlükəsizlik Şurasını topladı – Cənubi Qafqaz əsas gündəmdə

by Baş Redaktor
47 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində Milli Təhlükəsizlik Şurasının növbəti iclasını keçirəcək.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İclasın əsas gündəliyini ölkədaxili təhlükəsizlik, Cənubi Qafqazdakı proseslər və regional böhranlar təşkil edəcək.

Məlumata görə, toplantıda “Terrorsuz Türkiyə” konsepsiyası çərçivəsində hazırlanmış yeni qanun layihəsi, eləcə də ölkə daxilində həyata keçirilən antiterror əməliyyatlarının nəticələri müzakirə olunacaq.

banner

Şura üzvlərinin Cənubi Qafqazda baş verən son hadisələri və regiondakı mövcud vəziyyəti də geniş şəkildə dəyərləndirəcəyi bildirilir.

Bununla yanaşı, ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində diplomatik təşəbbüslər, Suriya və İraqdakı vəziyyət, həmçinin İsrailin son addımları da müzakirə mövzuları sırasında yer alacaq.

İclasda Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli perspektivləri, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi, Kipr məsələsi və Afrikadakı son geosiyasi proseslərin də nəzərdən keçiriləcəyi gözlənilir.

Əlaqəli Yazılar Xüsusi