Ev Ekspert rəyiEkspert: Rusiya Ukraynada SCALP istehsalı müəssisələrini vura bilər

Ekspert: Rusiya Ukraynada SCALP istehsalı müəssisələrini vura bilər

by Baş Redaktor
22 Baxış

Böyük Britaniya və Fransanın Ukraynada uzaqmənzilli SCALP raketlərinin istehsalı və yığılması üçün müəssisələr yaratması halında həmin obyektlərin Rusiyanın zərbələri üçün hədəfə çevrilə biləcəyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə hərbi ekspert Yuri Knutov məlumat verib.

O bildirib ki, Moskva belə bir ssenaridə istehsal prosesini dayandırmaq məqsədilə əvvəlcədən zərbələr endirə bilər.

Onun sözlərinə görə, Rusiya kəşfiyyatı raketlərin istehsal və yığım məntəqələrinin müəyyənləşdirilməsinə çalışacaq. Ekspert hesab edir ki, obyektlərin yeri müəyyənləşdirildikdən sonra onların fəaliyyətinin qarşısını almaq üçün zərbə endirilməsi ehtimalı mövcuddur.

banner

Məlumata görə, Böyük Britaniyanın baş naziri Endi Börnham Ukraynaya SCALP raketlərinin istehsalı üçün texniki məlumatların ötürüləcəyini açıqlamağa hazırlaşır. Bu addım Ukrayna və Fransanın ölkə ərazisində raket istehsalı xətləri yaratmaq planları çərçivəsində nəzərdə tutulur.

Əlaqəli Yazılar Xüsusi