Rusiyalı politoloq Aleksandr Dudçak Ukraynanın ABŞ-la münasibətlərində müşahidə olunan gərginliklə bağlı öz versiyasını səsləndirib.
Army.az xəbər verir ki, onun TASS-a verdiyi açıqlamaya görə, Ukrayna Prezidenti Volodimir Zelenski əsas dəstəyi Avropa ölkələrindən aldığı üçün siyasi baxımdan məhz onlara yaxın mövqe tutmağa üstünlük verir.
Dudçak iddia edib ki, bu səbəbdən Kiyev və Vaşinqton arasında faydalı qazıntılarla bağlı nəzərdə tutulan sazişin irəliləməsi ləngidilib.
Politoloqun fikrincə, Ukrayna rəhbərliyi maliyyə və siyasi dəstəyin davam etdiyi tərəflərlə daha sıx əməkdaşlığa üstünlük verir.
O, həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə əldə olunan bəzi razılaşmaların sonradan nəzərə alınmaması təkcə Kiyevin deyil, bəzi Avropa paytaxtlarının da mövqeyi ilə əlaqədardır.
