Ev Hərbi TexnologiyaRusiyanın X-101 raketləri daha təhlükəli olub – yeni detallar

Rusiyanın X-101 raketləri daha təhlükəli olub – yeni detallar

by Baş Redaktor
22 Baxış

Aparılan son araşdırmalar Rusiyanın X-101 qanadlı raketlərinin əhəmiyyətli modernizasiyadan keçdiyini göstərib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Mütəxəssislərin qalıqlar üzərində apardıqları təhlillərə əsasən, raketlərin aşkarlanmasını və məhv edilməsini çətinləşdirən yeni texniki həllər tətbiq olunub.

Məlumata görə, Rusiya hər ay təxminən 40-50 ədəd X-101 raketi istehsal edir və onları qısa müddət sonra döyüş əməliyyatlarında istifadə edir.

banner

Son hücumlarda istifadə olunan bəzi raketlərin istehsal tarixinin cəmi bir neçə həftə əvvələ aid olduğu müəyyən edilib.

Qeyd olunur ki, X-101 yeni silah sistemi olmasa da, son modernizasiya işləri onun döyüş imkanlarını və hava hücumundan müdafiə sistemlərini aşmaq potensialını artırıb.

Əlaqəli Yazılar Xüsusi