Rusiyanın “İskəndər-K” operativ-taktiki raket kompleksinin Avropanın böyük hissəsini potensial zərbə radiusunda saxladığı iddia olunub.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Nəşrin məlumatına görə, sistemin uçuş məsafəsi Rusiyanın öz ərazisindən Avropadakı bir çox hədəfi vurmağa imkan verir. Məqalədə həmçinin qeyd olunur ki, “İskəndər-K” kompleksinin yüksək mobilliyi və raketlərin aşağı hündürlükdə uçuş xüsusiyyətləri onların hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmasını və qarşısının alınmasını çətinləşdirir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Belarusda keçirilən nüvə qüvvələri təlimləri çərçivəsində döyüş sursatlarının səhra anbarlarına çatdırıldığını açıqlamışdı.
