Ev Ekspert rəyiTrampın İran strategiyası niyə nəticə vermədi? Tehran indi şərtləri diktə edir

Trampın İran strategiyası niyə nəticə vermədi? Tehran indi şərtləri diktə edir

by Baş Redaktor
70 Baxış

“ABŞ İrana hücum edəcəyi təqdirdə, İran Bəhreynə və Birləşmiş Ərəb Əmirliklərinə birbaşa quru qoşunları ilə hücum edə bilər. İranın Bəhreyni işğal etməsi regionda eskalasiyanın daha da genişlənməsinə səbəb ola bilər. İran rejimi ölkədaxili vəziyyətdən arxayın olduğu üçün bu müharibəyə hərtərəfli hazırlaşıb. Buna görə də müdafiə mövqeyindən hücuma keçəcəyi gözlənilir”.

Army.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ-ın İranda hərbi yolla rejim dəyişikliyinə nail olması mümkün görünmür:

“ABŞ-ın İrana qarşı hərbi kampaniyası atəşkəslə nəticələnməklə fiaskoya uğradı. Hərbi əməliyyatlar bir neçə ay davam etsəydi, ölkədə ağır iqtisadi və sosial vəziyyət yarana bilərdi. Donald Trampın bir növ atəşkəsə getməsi Tehrana nəfəs almaq və mövqelərini gücləndirmək imkanı verdi. Çin və Rusiyanın İrana hərbi-logistik dəstək göstərməsi isə ABŞ-ı Fars körfəzində strateji böhranla üz-üzə qoyub.

banner

ABŞ və İran arasında aparılan danışıqlarda Tehran məğlub tərəf kimi deyil, qalib tərəf kimi masaya əyləşərək öz şərtlərini diktə edir.

Tərəflər siyasi iradə nümayiş etdirərək ortaq məxrəcə gələ bilərlər. Bunun üçün ABŞ İranın elmi məqsədlərlə nüvə zənginləşdirməsi aparmasına razılıq verməlidir”.

Əlaqəli Yazılar Xüsusi