“Tehran Yaxın Şərqdə münaqişələrin həlli və sabitliyin təmin olunması məqsədilə Çinin vasitəçiliyində maraqlıdır”.
Army.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri, eyni zamanda İranın Çinlə münasibətlər üzrə xüsusi nümayəndəsi Məhəmməd Bağır Qalibaf bəyan edib.
O, daha əvvəl İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına imkan verən Çin diplomatiyasının uğurlu təcrübəsindən regiondakı mövcud problemlərin həllində də istifadə etməyi təklif edib:
“Bildiyiniz kimi, Çin İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik edib. Məhz bu vasitəçilik nəticəsində iki ölkə arasında münasibətlər bərpa olunub. Regionda sabitliyə nail olmaq üçün Çinlə oxşar əməkdaşlıq modellərindən istifadə edə bilərik”.
