Ev Hərbi XəbərlərMoskva “qırmızı xətlər”i yoxlayır: NATO qarşıdurmaya gedəcəkmi?

Moskva “qırmızı xətlər”i yoxlayır: NATO qarşıdurmaya gedəcəkmi?

by Baş Redaktor
28 Baxış

Rusiya Avropada həyata keçirdiyi getdikcə daha cəsarətli addımlarla NATO-nun hansı həddə qədər cavab verəcəyini yoxlayır.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr yazır ki, bu vəziyyət Avropa liderlərini çətin seçim qarşısında qoyub:

“Moskvanın təzyiqinə daha sərt cavab vermək, yoxsa açıq hərbi qarşıdurma riskindən yayınmaq. Avropadakı NATO ölkələri indiyədək alyansın kollektiv müdafiə mexanizmlərini Rusiyaya qarşı birbaşa tətbiq etməkdən çəkiniblər. Əsas tədbirlər sanksiyaların genişləndirilməsi, diplomatik təzyiq və Ukraynaya hərbi dəstəyin artırılması ilə məhdudlaşıb.

banner

Bununla belə, bəzi avropalı ekspertlər mövcud reaksiyanın Moskvanı çəkindirmək üçün kifayət qədər sərt olmadığını düşünürlər. Almaniya Müdafiə Nazirliyinin keçmiş aparat rəhbəri Niko Lange hesab edir ki, Rusiyaya ən həssas olduğu istiqamətlərdən təzyiq göstərilməlidir”.

Əlaqəli Yazılar Xüsusi