Ev DünyaAİ Ermənistana vaxt verdi : “2 il heçnə etməyəcəyik”

Aİ Ermənistana vaxt verdi : “2 il heçnə etməyəcəyik”

by Baş Redaktor
36 Baxış

Avropa İttifaqı Ermənistan məhsullarının Avropa bazarına çıxışını genişləndirəcək yeni ticarət güzəştlərini təsdiqləyib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Aİ Şurasının qərarına əsasən, Ermənistandan idxal olunan malların təxminən 80 faizi üzrə gömrük rüsumlarının tətbiqi iki il müddətinə dayandırılacaq. Qərar müvafiq tənzimləmənin qüvvəyə minməsindən sonra tətbiq ediləcək.

Güzəştlər xüsusilə Ermənistanın əvvəllər Rusiya bazarına göndərdiyi kənd təsərrüfatı və digər məhsulların Avropa bazarına yönləndirilməsinə imkan yaradacaq. Yeni mexanizm ölkənin Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkilərin təxminən 99 faizini, eləcə də içki və spirtli məhsulların 91 faizindən çoxunu əhatə edəcək.

banner

Əlaqəli Yazılar Xüsusi