Ev Hərbi XəbərlərRusiya Ermənistandan cavab gözləyir : Qərar sizindir

Rusiya Ermənistandan cavab gözləyir : Qərar sizindir

by Baş Redaktor
19 Baxış

Ermənistanın Avropa İttifaqına üzv olmaq qərarı ölkənin öz seçimidir.

Army.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, İrəvanın Aİ ilə inteqrasiya məsələsində hansı qərarı verməsindən asılı olmayaraq, bu, Ermənistanın suveren hüququdur.

Overçuk eyni zamanda qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Rusiya ilə mövcud münasibətlər çərçivəsində əldə etdiyi müəyyən güzəştlərin itirilməsi ilə nəticələnə bilər. Onun fikrincə, Moskvanın bu məsələdə öz qərarlarını vermək hüququ var.

banner

Bundan əvvəl, sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş zamanı Putin Ermənistanın gələcək siyasi istiqaməti ilə bağlı məsələlərin müzakirə edilməsini təklif edib. Rusiya lideri Moskvanın Ermənistan xalqının verəcəyi istənilən qərara hörmətlə yanaşacağını vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi